İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac dekabrın 21-də keçirilib. Hərraca çıxarılan əmlaklara 91 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda “Ford” markalı avtomobilin start qiyməti 15.000 manat olsa da, son təklif 42.000 manata yüksəlib. Start qiyməti 9.000 manat olan “Hyundai H-1” markalı nəqliyyat vasitəsi 14.090 manata özəlləşdirilib.
Ümumilikdə hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib. Avtomobillərin əksəriyyəti rəqabətli şəkildə satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37DUS8 linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.