Mikayıl Cabbarov: "Yeni hədəflərə çatmaq üçün mövcud potensialı reallaşdırmağa davam edəcəyik"

2023.12.21 17:00 (UTC+04:00)

Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla keçirdiyimiz görüşdə Azərbaycan – Türkiyə iqtisadi əməkdaşlığının dinamik inkişafını, ikitərəfli ticarət dövriyyəsinin son iki ildə 50 faizdən çox artdığını, uğurlu investisiya tərəfdaşlığımızı məmnunluqla vurğuladıq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

"Ölkələrimizin müttəfiqliyinin təzahürü olan iqtisadi əməkdaşlıq portfelimizi genişləndirmək və yeni hədəflərə çatmaq üçün mövcud potensialı reallaşdırmağa davam edəcəyik", - nazir bildirib.