Azərbaycan və Türkiyə “yaşıl” enerji sahəsində işçi qrupu yaradacaq.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərə hər iki ölkənin müvafiq qurumları cəlb olunacaq. “Biz Türkiyə ilə Naxçıvan arasında interkonnektorun işləməsi üçün böyük səylər göstəririk”, - o deyib.