İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Azərbaycanda sağlamlıq turizminin inkişafı perspektivləri” adlı paneldə çıxış edərkən səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, bu ərazilər sağlamlıq turizmi və ekoturizmin inkişafında böyük potensiala malikdir.
"Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs bu ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal şərait yaradır. İnanıram ki, bu bölgənin turizm potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək", - deyə nazir qeyd edib.