“Çatdırılma dəhlizləri ölkələr arasında ticarətə böyük həcmdə təsir edir. Bu dəhlizlər mal və xidmətlərin daha sürətli şəkildə daşınmasına, ticarətin sürətlənməsi və tədarük zəncirində gecikmələrin azalmasına imkan verir”.
Bu fikri Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində panel müzakirələrdə Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar səsləndirib.
O bildirib ki, Asiya və Avropa arasında əlaqələri gücləndirən, Türkiyəni türk dünyası və Çinə ən qısa yolla birləşdirən Orta Dəhliz çox mühüm önəm daşıyır: "Başqa sözlə, daha sürətli və qənaətli yoldur, dəniz yolu ilə müqayisədə yüklərin çatdırllma müddətini 45 gündən 15 günə endirə bilər".
Ö.V.Ağar Orta Dəhlizin Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlər və sərbəst ticarət sahələrı qurulmasına, eləcə də Transxəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə təsir edəcəyini deyib.