Azərbaycan – Türkiyə İnvestisiya Forumu çərçivəsində qarşılıqlı investisiyaların təşviqi, istehsalın təşkili, turizm infrastrukturunun yaradılması üzrə birgə fəaliyyətin dəstəklənməsi istiqamətində sənədlər imzalandı. Sənədlərin icrası ikitərəfli əlaqələrin intensivləşdirilməsini təmin etməklə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.