Naxçıvan Muxtar Respublikası Türkiyə üçün çox önəmlidir.
Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Ö.Bolat bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycan arasında Naxçıvan üzərindən quru yol bağlantısı olacaq: "Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindəndir. İstanbuldan Bakıya yükdaşımanın daha rahat və rəqabətqabiliyyətli olmasını istəyirik. Bunun üçün Türkiyə hər cür dəstəyi verməyə hazırdır".
AZƏRTAC