Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir

2023.12.21 09:14 (UTC+04:00)

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən, ölkəmizin ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir. Bu müddət ərzində Sənaye Parkının fəaliyyətindən əldə edilən nəticələr iqtisadiyyatımızın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına, məşğulluğun artırılmasına, innovativ istehsalın təşkilinə və idxaldan asılılığın azaldılmasına əhəmiyyətli töhfələr verib:

– 5,8 milyard manata yaxın investisiya;
– 9,5 milyard manat həcmində satış;
– 3,3 milyard manat həcmində məhsul ixracı;
– 6.600-dən çox daimi iş yeri.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.