Mərkəzi Bankın valyuta ehtiyatları 10,8 milyard dolları üstələyib

2023.12.20 15:53 (UTC+04:00)

Tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-in 12,5 faizi) ilin əvvəlindən bəri Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı AMB-yə istinadən xəbər verir ki, bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub 1,4 milyard dollar təşkil edib. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20,3 faiz artaraq 10,8 milyard dolları üstələyib.