İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən verilən məlumata görə, rəqabətli keçən hərracda “Şkoda Superb” markalı avtomobilin start qiyməti 4250 manat olsa da, son təklif 8500 manata yüksəlib. Start qiyməti 4600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi 7850 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37CEJ6 linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.