Kotirovka sorğusu ilə keçirilən satınalmalara dair qaydalar

2023.12.20 14:02 (UTC+04:00)

“Dövlət satınalmaları haqqında” yeni qanuna uyğun olaraq, 1 yanvar 2024-cü il tarixindən etibarən kotirovka sorğusu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 30 min manatadək olduqda yalnız mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar iştirak edə biləcəklər.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, satınalmalarda ehtimal olunan qiymət 30 min manatdan 100 min manatadək olduqda isə mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar iştirak edə biləcək.