Azərbaycan Rusiyaya yumurta tədarükünə başlayıb

2023.12.20 11:00 (UTC+04:00)

Dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiya Federasiyasına 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası idxal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, Azərbaycandan ərzaq yumurtalarının tədarükü üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.