İqtisadiyyat nazirinin müavini Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək

2023.12.20 10:30 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 22 dekabr 2023-cü il tarixində Kürdəmir şəhərində (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20 - Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binası) Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Kürdəmir və Ucar rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.