Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 34 faiz və ya 1,82 milyard ABŞ dolları artaraq 7,19 milyard dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 11 ayında Azərbaycandan Türkiyəyə 5,1 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 53,6 faiz və ya 1,78 milyard dollar çoxdur.
Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,1 faiz və ya 43,9 milyon dollar artaraq 2,09 milyard dollar təşkil edib.
Cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 15,21 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 4,3 faiz bəndi üstələyir.