Şurup istehsalında 6-7 dəfə artım planlaşdırılır

2023.12.19 15:01 (UTC+04:00)

Azərbaycanda məişətdə istifadə olunan şurup istehsalı ilə məşğul olan yeganə şirkət - “AR Metiz” aylıq istehsal gücünü 6-7 dəfə artıraraq 300-400 tona çatdırmağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “AR Metiz” şirkətinin direktoru Adil Məmmədov deyib.

Onun sözlərinə görə, zavodun aylıq istehsal gücü 50 tona yaxındır. Hazırda zavod tam istehsal gücü ilə işləyir: “Ölkəyə xaricdən də şurup idxal edilir. Buna görə Azərbaycanın şurupa olan tələbatı tam olaraq bizim şirkətin məhsulları hesabına ödənilmir. Hazırda daxili tələbatın 10 faizini ödəyirik”.

A.Məmmədov qeyd edib ki, məhsullarını Gürcüstan, Rusiya və Türkiyəyə ixrac etməyi nəzərdə tuturlar. İxracın növbəti illərdə reallaşdırılması planlaşdırılır.