Sabunçu və Astarada yolların əsaslı təmirinə vəsait ayrılıb

2023.12.19 13:12 (UTC+04:00)

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsindən 450 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Dövlət başçısının digər bir sərəncamı ilə Astara rayonunun bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 800 min manat ayrılıb.