Bu ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 16,7 milyon ton yük, 6342,3 min nəfər sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8 faiz, sərnişin daşınmasında isə 39,9 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 366 vaqon yüklənib, 424 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.