20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən şəhərə” Yeni il yarmarkaları təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, paytaxtda keçiriləcək yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçən 42 regiondan 80-dən çox fermer iştirak edəcək. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
“Kənddən şəhərə” Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).