Aqrar sektorda 68,6 milyon manat məbləğində güzəştli kredit verilib

2023.12.15 18:05 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 6390 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 11 ayında aqrar sektorda fəaliyyət göstərən 3532 fiziki və hüquqi şəxsə 68,6 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-noyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 12,5 faiz (505 nəfər) azalsa da, kredit məbləği 8,2 faiz (5,2 milyon manat) artıb.

Verilən kreditlərin 47,4 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 925 min manatı güzəştli kreditlər, 20,27 milyon manatı isə mikrokreditlərdir.