İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV-nin məbləği bu Məcəllə ilə və Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir.
Qeyd olunanlara əsasən, yuxarıda göstərilən halda elektron qaimə-faktura üzrə alınmış malların dəyəri ödənilən gündən iki iş günü müddətində ƏDV-nin məbləği ödənildiyindən, vergi qanunvericiliyinin tələbləri pozulub və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanskiyası tətbiq ediləcək.
Əsas: Vergi Məcəlləsinin 58.6-cı və 175.1.3-cü maddələri