Xəzər rayonunda avtomobil yollarının əsaslı təmiri məqsədilə vəsait ayrılıb

2023.12.14 14:30 (UTC+04:00)

Prezident İlham ƏIiyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 500 min manat ayrılıb.

Maliyyə Nazirliyinə tapşırılıb ki, Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.