Polşada gənclər gəlir vergisindən azad edilib

2019.06.28 12:22 (UTC+04:00)

Nazirlər Sovetinin qəbul etdiyi layihəyə əsasən, 26 yaşına çatmamış gənclər gəlir vergisindən azad edilib. "Bu, kifayət qədər əhəmiyyətli güzəştdir, əgər cibimizdə hər il nə qədər pul qalacağını nəzərə alsaq, de-fakto deyə bilərik ki, bu, ən azından on üçüncü maaş adlandırıla bilər", - maliyyə nazirinin müavini Pyotr Novak bildirib. Onun sözlərinə görə, kim nə qədər çox qazanacaqsa, ona qalan pul da o qədər çox olacaq.