Hərracda son təklif ilkin start qiymətindən 20 dəfəyədək çox olub

2023.12.14 11:10 (UTC+04:00)

Təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə məqsədilə təşkil olunan hərraclar sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaratmaqla, şəffaf iştirakçılıq üçün əlverişli mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən hərraclarda investorların və istifadəyə verilmiş faydalı qazıntı yataqlarının sayında müşahidə olunan müsbət dinamika isə əməkdaşlığın uğurlu nümunələrindəndir.

Hərraca çıxarılan müxtəlif faydalı qazıntı yataqları investorlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün geniş seçim imkanı yaradır. Hərraclara böyük sahibkar marağı ölkədəki iqtisadi aktivliyin göstəricisidir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağının istifadəyə verilməsi üzrə 22 noyabr tarixində keçirilən hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42.560 manat) 20 dəfəyədək çox olub. Qalib investor tərəfindən 831.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hərracın nəticəsi ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/4agWYjq