2840 layihəyə 147,4 milyon manat güzəştli kredit verilib

2023.12.13 18:30 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2840 layihənin maliyyələşdirilməsinə 147,4 milyon manat güzəştli kredit verilib.

Fonddan verilən məlumata görə, güzəştli kreditlərin hesabına 2476 yeni iş yerinin yaradılması nəzərdə tutulub.