2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 5.521 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 90,5 faizi fiziki, 9,5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.
Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66 faizi elektron qaydada, 34 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.