Bu ilin yanvar-noyabr aylarında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 10 856,0 manata bərabər olub.