Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın istehsalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklərdə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur. Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.