Qiymətli kağızlar üzrə əməliyyatların ümumi həcmi 21,8 milyard manatı üstələyib

2023.12.11 16:50 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 21,8 milyard manatı üstələyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 faiz çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı BFB-yə istinadən xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazarı üzrə ticarət həcmində 4 faiz, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 6 faiz böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 197 faiz artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatlarI bazarı üzrə 450 faiz artım müşahidə olunub.

Cari ilin noyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard manatı ötüb ki, bu da ötən ilin son ticarət günü ilə müqayisədə 22 faiz çoxdur.