İşğaldan azad edilmiş ərazilərdə sığortaedənlərlə bağlı qayda təsdiqlənib

2023.12.11 12:24 (UTC+04:00)

Nazirlər Kabinetinin Qərarına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

Qərar 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.