Avtomobil yollarının əsaslı təmiri məqsədilə vəsait ayrılıb

2023.12.08 13:39 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 300 min manat, on yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri məqsədilə isə ilkin olaraq 2 milyon manat ayrılıb.