2024-cü ildə ölkə üzrə 170-ə yaxın kənd və yaşayış massivinin təbii qazla təmin olunması nəzərdə tutulur.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov media və QHT nümayəndələri ilə keçirilən növbəti görüşdə məlumat verib.
Onun sözlərinə görə, növbəti ildə dağlıq ərazilərdə də yaşayış massivlərinin təbii qazla təmin olunması nəzərə alınıb.
“Qazlaşdırma işləri əsasən Qax, Qusar, Tovuz, Lerik, Yardımlı, Goranboy, Masallı və Cəlilabad rayonlarının ərazisində aparılacaq. Eyni zamanda, Gədəbəy rayonunda kifayət qədər çoxlu sayda yaşayış məntəqələrinin təbii qazla təmin olunması nəzərdə tutulur”, - deyə T.Cəfərov qeyd edib.