"Pirallahı Sənaye Parkında “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən inşasına start verilən və 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı müəssisəsində aparılan işlərlə tanış olduq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.
Nazir qeyd edib ki, əczaçılıq sənayesində istehsalın lokallaşdırılması sahəsində növbəti layihəmiz olan bu müəssisənin fəaliyyəti ölkəmizin idxaldan asılılığının azaldılması istiqamətində hədəflərimizə töhfə verəcək.