Fermer təsərrüfatlarına 2,7 milyon manatdan çox sığorta ödənişləri həyata keçirilib

2023.12.07 16:08 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkədə fermer və təsərrüfatlara dəyən zərərlər üzrə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 2,742 milyon manat sığorta ödənişləri həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, təsərrüfatlara edilən ödənişlər eyni zamanda həm bitkiçilik, həm də heyvandarlıq üzrə dəyən zərərləri əhatə edir. Hesabat dövründə bitkiçilik təsərrüfatları üzrə 2,044 milyon manat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat həcmində sığorta ödənişi edilib.

Xatırladaq ki, 2021-ci ildə təsərrüfatlara dəyən zərərlər üzrə fermerlərə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta vəsaiti ödənilib.