Pirallahı Sənaye Parkında geniş vergi və gömrük güzəştləri tətbiq edilib. Həm infrastruktur təminatına görə, həm də yerləşməsinə görə layihənin qısa müddətdə həyata keçirilməsi mümkün olacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, istehsal olunacaq dərmanlar həm ölkənin daxili tələbatının ödənilməsi üçün, həm də ixrac üçün nəzərdə tutulur.
"Bu, ölkədə biznes və investisiya mühitinin olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın qonşu dövlətlərlə olan ticarət sazişlərinin imzalanması ölkədə istər yerli, istərsə də xarici sərmayələrin yatırılması vasitəsilə xarici bazarlara maneəsiz çıxışı təmin edir"- deyə M.Cabbarov bildirib.
AZƏRTAC