Tacikistanla ticarət dövriyyəsi 26 faizdən çox artıb

2023.12.07 15:38 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 26,2 faiz və ya 1 milyon ABŞ dolları artaraq 5,18 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Tacikistana 4,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 14,9 faiz və ya 598 min dollar çoxdur.

Tacikistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 5,7 dəfə və ya və ya 479,1 min dollar artaraq 581,1 min dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tacikistanla ticarətin payı 0,01 faiz təşkil edib.