“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.
“Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.
Şirkət tərəfindən Sənaye Parkının 7,8 hektar ərazisində yüksək keyfiyyətli, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulunun istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 59,3 milyon manat olan müəssisədə 165 nəfər işlə təmin ediləcək.