Bu ilin yanvar-oktyabr aylarında ölkədə 32 919,8 ton lak-boya məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 21,5 faiz və ya 5 824,6 ton üstələyir.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 18 faiz və ya 729,7 ton artım qeydə alınıb. Oktyabr ayında 4 786 ton lak-boya məmulatları istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 158,9 ton təşkil edib.