"İqtisadi zona" proqramının 23 iyun 2019-cu il tarixli buraxılışı Video

2019.06.27 13:43 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında minimum əməkhaqqının artırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sosial paketin əhatə dairəsi və bu sənədin ölkə vətəndaşlarının rifah halının yüksəlişindəki rolu, Türkiyədən mənzil alan azərbaycanlıların sayının artması, Hövsandakı güzəştli mənzillərin satışa çıxarılması, Bakıda tranzit nömrəli avtomobillərin sayının çoxalması, elektron qaimə-fakturaların tətbiqi barədə süjetlər nümayiş etdirilib.

Proqramın qonağı – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının imzaladığı minimum əməkhaqqının artırılması ilə bağlı fərmanda nəzərdə tutulan yeniliklərlə bağlı suallara aydınlıq gətirib.