Fərdi sahibkarların sığortalanmış əsas vəsaitləri barədə məlumatların vergi orqanına təqdim edilməsi

2023.12.11 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.6-cı maddəsində 1 yanvar 2023-cü ildən edilmiş dəyişikliyə əsasən, sığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəlikləri ilə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumat da rüb bitdikdən sonra növbəti ayın 20-dək müəyyən edilmiş müvafiq formada vergi orqanına təqdim olunur.

Qeyd olunanlara əsasən, 1 yanvar 2023-cü ildən etibarən əsas vəsaitləri sığortalanmış fərdi sahibkar olduğu halda, sığortaçı tərəfindən sığortalanmış həmin əsas vəsaitlər barədə məlumatlar rüb bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.6-cı maddəsi