Növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb

2023.12.05 17:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 5-də keçirilən növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən verilən məlumata görə, hərrac rəqabətli olub. Belə ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1530 manat olsa da, ən son təklif 10 min manata yüksəlib. İlkin qiyməti 900 manat olan “Traktor MTZ” isə 6 min manata özəlləşdirilib.

5 dekabr hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 92 074 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36wUWg linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti özəlləşdirmə hərracları dekabrın 12-si, 19-u və 21-də keçiriləcək. Hərraclara 130 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan əmlaklar arasında gəmi də var.