Britaniyalılar sərhəd vergisi ödəyəcəklər

2018.12.19 14:20 (UTC+04:00)

Böyük Britaniya referendumun nəticələrinə əsasən Avropa İttifaqından ayrılmaq qərarına gəldikdən sonra britaniyalılar İttifaqa üzv ölkələrin ərazilərinə keçmək üçün 7 avro məbləğində sərhəd yığımı ödəməli olacaqlar, lakin viza tərtib etməyəcəklər. Artıq bu barədə Avropa Komissiyası öz qərarını vermişdir. Yığım vizasız gediş-gəliş hüququna malik xarici vətəndaşların Avropaya giriş yoxlaması sistemi (ETIAS) çərçivəsində tutulacaq. Sistemini tətbiqinə 2021-ci ildə başlanacağı gözlənilir.

Avropa İttifaqının "Breksit"dən sonra yeni vergi və yığımlar tətbiq etmək haqqında planı bu ilin əvvəlindən məlum idi. Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq tarixi isə gələn il mart ayının 31-ə planlaşdırılmışdır.