"Elektron ipoteka və kredit zəmanət" sistemi istifadəyə verilib

2019.06.27 11:28 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun bu yeni sistemi yalnız ipoteka kreditləşməsini deyil, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə də elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını nəzərdə tutur. Yeni sistem əhalinin Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək. Fonddan bildirilib ki, hazırda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamətdə də elektron xidmətlər əhalinin istifadəsinə veriləcək.

Yeni sistemin işə düşməsi ilə Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahib olmaq imkanı yaradılacaq. İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayəyə verəcək və kirayəşin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Bu mexanizm, ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.