Noyabrda Neft Fondunun valyuta satışları artıb

2023.12.04 16:17 (UTC+04:00)

Bu ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 234,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Fondun yaydığı məlumata əsasən apardığı hesablamalara görə, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 42,8 faiz və ya 175,5 milyon dollar azalıb.

Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda satışların həcmində 15,8 faiz və ya 32,1 milyon dollar artım qeydə alınıb.