İndiyədək Naxçıvan MR-də 1,4 milyon manatdan çox güzəştli kredit verilib

2023.12.04 12:11 (UTC+04:00)

Bu ilin fevral-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmindən yararlanıblar.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Nazir əlavə edib ki, indiyədək Muxtar Respublikada 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib. Ümumilikdə kənd təsərrüfatı üzrə 9, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə 6, ictimai iaşə sahəsində 3, logistika sahəsində 2 və turizm sahəsi üzrə 1 layihə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərdən yararlanıb.