Birjalarda neft qiymətləri

2023.12.04 11:18 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri azalıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar azalaraq 78,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar azalaraq 73,44 dollar təşkil edib.