Türkmənistan istehsalçısı "Owadan Ülke" tomat pastasının Azərbaycan və Gürcüstana tədarükü ilə bağlı danışıqlar aparır, həmçinin BƏƏ-yə ixrac imkanlarını nəzərdən keçirir.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Türkmənistan mətbuatına istinadən xəbər verir ki, yaxın gələcəkdə müəssisə şəkərli qatılaşdırılmış süd istehsal edərək çeşidini genişləndirməyi planlaşdırır.
Müəssisənin istehsal gücü sutkada 20 tona qədər mayonez və bir növbədə 80 tonadək mövsümi məhsul konservidir. Bununla yanaşı bu yaxınlarda yağ və şokolad pastasının da istehsal xətti işə salınıb.