Hindistan Azərbaycandan keçən marşrutla yükdaşımaları sərfəli hesab edir

2023.12.01 16:10 (UTC+04:00)

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan üçün ən mühüm layihələrdən biridir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistanın Sankt-Peterburqdakı baş konsulu Kumar Qaurav bildirib.

Onun sözlərinə görə, logistika nöqteyi-nəzərindən yüklərin bu marşrutla daşınması Hindistan üçün sərfəlidir, çünki Mumbaydan Rusiyanın mərkəzinə İran və Azərbaycandan keçən marşrutun uzunluğu Süveyş kanalı ilə müqayisədə xeyli qısadır - təxminən 16 min kilometrə qarşı 7,2 min kilometr.

“Təkcə marşrutun uzunluğu deyil, həm də qiymət demək olar ki, 40 faiz azalır”, - deyə baş konsul bildirib.