İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cari ildən KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərin görülməsinə start verib.
Agentlikdən verilən məlumata görə, əsas məqsəd innovativ həll yolları ilə KOB-ların effektivliyi və iqtisadi göstəricilərinin artırılması, biznes və sahibkarlıq proseslərin optimallığının təmin olunmasıdır.
Bir neçə istiqamət üzrə fəaliyyətə başlayan layihə çərçivəsində Rəqəmsal Yetkinlik İndeksi (DMI – Digital Maturity Index) platforması yaxın zamanlarda KOB-ların istifadəsinə veriləcək.
Bu platformanın məqsədi KOB-lara rəqəmsal yetkinliyin qiymətləndirilməsi və artırılması üçün imkan yaratmaq və onları daha effektiv biznes mühiti ilə təmin etməkdir.
Bundan əlavə, gənc sahibkarları əhatə edəcək paralel rəqəmsallaşma layihələrinə hazırlıq proseslərinə başlanılıb. Məqsəd daha dinamik sahibkarlıq ekosistemi qurmaq və rəqəmsallaşmanın əhəmiyyəti ilə bağlı digər KOB-ların da məlumatlılığını artırmaqdır.
Eyni zamanda, layihə çərçivəsində ilboyu rəqəmsallaşma biliklərinin artırılması və yeni rəqəmsallaşma həllərinin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.