Yaxın gələcəkdə Qarabağda turistik destinasiyalar istifadəyə veriləcək

2023.12.01 10:18 (UTC+04:00)

Yaxın gələcəkdə Qarabağ regionunda turistik destinasiyaların istifadəyə verilməsi planlaşdırılır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) istinadən xəbər verir ki, bu barədə Palata üzvlərinin növbəti ümumi yığıncağında Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit deyib.

O, 2019-cu ildən sonrakı dövrdə ölkədə turizmin inkişafından və ölkəyə gələn xarici turistlərin artan tempindən bəhs edib.

Görüşdə Qarabağda turizmin inkişafı üçün planın hazırlandığı, regionun tanıdılması ilə bağlı xarici ekspertlərin birgə iştirakı ilə Qarabağa səfərlərin təşkil olunduğu diqqətə çatdırılıb.