Uğurlu şirkətlərin inkişafı üçün onların daxilində innovasiyalar dəstəklənməlidir.
Bunu “InMerge Innovation Summit”də "PAŞA Holding" şirkətinin baş icraçı direktoru Cəlal Qasımov deyib.
O bildirib ki, bu il regiona 15-dən çox investor cəlb olunub.
“Elə əmtəə və xidmətlərin üzərində işləməliyik ki, onlar öz istiqamətlərində töhfə vermiş sahəyə çevrilsin. Bugünkü tədbir xidmət və biznes sahəsində fəaliyyət göstərən iştirakçılar üçün stimul ola bilər”, - deyə şirkətin baş icraçı direktoru vurğulayıb.
AZƏRTAC